“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Əbu-Dabi Ticarət Bankının (Abu Dhabi Commercial Bank – ADCB) nümayəndələri ilə görüş keçirib.
QSC-dən Demokrat.az-a bildirilib ki, görüş zamanı Zakir İbrahimov qonaqlara “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nailiyyətlər və qarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumat verib. O, QSC tərəfindən dağ-mədən sənayesinin inkişafı, ətraf mühitin mühafizəsi, sosial layihələrin icrası, yüksək ekoloji standartlara cavab verən innovativ texnologiyaların tətbiqi, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və sektorun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.
Öz növbəsində Əbu-Dabi Ticarət Bankının nümayəndələri “AzerGold” QSC-nin Azərbaycanın qeyri-neft sektorundakı aparıcı mövqeyini, eləcə də geoloji kəşfiyyat və mədən layihələrinin icrası sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması və gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.