29 sentyabr 2025-ci ildə Kiyevdə keçirilən "Azərbaycan – Ukrayna: Hidroakkumulyator Elektrik Stansiyası (HAES) və Bərpa Olunan Enerji Sahəsində Yeni Tərəfdaşlıq İmkanları" mövzusunda dəyirmi masa iki ölkə arasında strateji enerji əməkdaşlığının yeni mərhələsini açdı.
"Azərbaycan-Ukrayna Enerji Assosiasiyası" İctimai Təşkilatının təşəbbüsü ilə Ukrayna Milli Elmlər Akademiyasının zalında baş tutan tədbirdə hər iki ölkənin enerji sektorunun görkəmli xadimləri, elmi institutlar, enerji şirkətləri, diplomatik korpus üzvləri və müstəqil ekspertlər iştirak etdilər. Azərbaycan tərəfi iclasa onlayn formatda qoşuldu.
Müzakirələrdə əsas mövzular bunlar oldu:
* enerji sistemlərinin balanslaşdırılmasında HAES-in rolu;
* günəş, külək və kiçik hidroenergetikanın inteqrasiyası;
* müasir enerji toplayan texnologiyalarının tətbiqi;
* elmi-texniki və investisiya əməkdaşlığı imkanları.
Xüsusi diqqət tanınmış alimlərinin və dövlət nümayəndələrinin çıxışlarına yönəldi.
* Dünyaca məşhur alim, texnika elmləri doktoru, professor, akademik, Assosiasiyanın fəxri sədri Yuri Aleksandroviç Landau “Ukraynada və Azərbaycanda balanslaşdırıcı güclərin inkişafı: bərpa olunan enerji mənbələrinin artan payı şəraitində perspektivlər” mövzusunda məruzə etdi.
* Ukrayna Energetika nazirinin müavini Nikolay Aleksandroviç Kolesnik isə Assosiasiyanın rolu və enerji sahəsinin inkişafı üçün irəli sürülən təşəbbüslər barədə çıxış etdi.
Azərbaycan-Ukrayna Enerji Assosiasiyasının nümayəndəsi qeyd etdi:
"Bu dəyirmi masa təkcə ideyaların mübadiləsi deyil, həm də hər iki ölkənin enerji gələcəyinə dair strateji baxışın formalaşmasıdır. HAES texnologiyaları və bərpa olunan enerjinin inteqrasiyası üzrə birgə layihələr regional enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər."
Tədbirin yekununda qəbul olunan qətnamə gələcək birgə layihələr üçün yol xəritəsi rolunu oynayacaq.
Assosiasiya haqqında qısa məlumat:
"Azərbaycan-Ukrayna Enerji Assosiasiyası" İctimai Təşkilatı iki ölkə arasında enerji, innovasiya və investisiya sahəsində əməkdaşlığın inkişafına dəstək vermək məqsədi ilə yaradılmışdır. Assosiasiya dialoq platforması, ekspert icması və biznes tərəfdaşlığı mərkəzi kimi fəaliyyət göstərir.
Əlaqə üçün:
📧 [email protected]
🌐 www.auea.net