"Cəmiyyətdə ən çətin məsuliyyət valideyn olmaqdır. Lakin valideynlər övladlarının təlim-tərbiyəsində bəzən doğru bildikləri yanlışlara yol verirlər".
Bunu Demokrat.az-a açıqlamasında uşaq psixoloqu Sibel Piriyeva deyib.
O, bildirib ki, hər şeyi uşağın yerinə həll etmək, daim tənbeh etməklə tərbiyə etmək, başqaları ilə müqayisə etmək, hər istəyini yerinə yetirmək, yalnız akademik uğura fokuslanmaq və yaxud “xoxan” və ya heyvanlarla qorxutmaq bu səhvlərə nümunədir:
"“Xoxan”, “qorxulu varlıq”, “iynə vuran” və ya “polis aparar” kimi obrazlarla uşağı qorxutmaq onun daxili dünyasına ciddi zərər vurur. Belə yanaşma psixoloji sağlamlıqda fəsadlara yol aça bilər: səbəbsiz qorxular, narahatlıq, qaranlıqdan və tək qalmaqdan çəkinmə kimi problemlər meydana çıxır. 0–7 yaş aralığında uşaqlar real dünya ilə xəyali varlıqları ayırd edə bilmədiklərindən, “xoxan” anlayışı onların beynində həqiqi təhlükə kimi formalaşır. Bu isə gecə oyanmalar, altını islatmalar, güvənsizlik hissi və ətraf mühitə qarşı daimi təhlükə duyğusu ilə müşayiət oluna bilər. Ən pisi isə uşağın sevdiyi və güvəndiyi valideyn tərəfindən qorxudulması gizli inciklik və emosional uzaqlaşmaya səbəb ola bilər".
Psixoloq bildirib ki, bütün bunların əvəzinə valideynlər “sağlam disiplin” yanaşmasını seçməlidirlər:
"Sağlam disiplin uşağın davranışını idarə etməyə kömək edir, həmçinin onun zehni və sosial inkişafı üçün güclü stimul yaradır".
Əfsanə Kamal
Demokrat.az