Salyanda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub — FOTOLAR

SOSİAL 01 oktyabr 2025, 13:40
Salyan rayonunda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
 
Demokrat.az
xəbər verir ki, tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər. 

RİH başçısı Rüstəm Xəlilov Azərbaycan Prokurorluğunun yaradılmasının 107 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edən prokurorluq işçilərini əlamətdar gün münasibətilə təbrik edib, qanunun aliliyinin təmin edilməsi və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində prokurorluq əməkdaşlarına yeni-yeni uğurlar arzulayıb.  


Demokrat.az

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top