Putin Paşinyana Zəngəzurla bağlı tapşırıq verib? — YENİ DETALLAR

XARİCİ SİYASƏT 01 oktyabr 2025, 15:21
Sabiq XİN başçısı Tofiq Zülfüqarov bildirib ki, Moskvanın təlimatından sonra Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirib. O qeyd edib ki, Putin ona Trampın layihəsi ilə bağlı hansısa addım atmağı qadağan edib.

Bəs Paşinyanın Zəngəzur dəhlizinin (Tramp dəhlizi) açılmasından yayınması realdırmı?

Bu barədə Demokrat.az-a danışan millət vəkili Azər Allahverənov deyib ki, Paşinyanın təkcə Zəngəzur dəhlizi ilə bağlı yox, digər mövzularda da ritorikasında müəyyən siyasi manevr, siyasi insinuasiya, yəni beynəlxalq ictimaiyyəti çaşdıracaq ifadələrdən istifadə etdiyini görürük:



“Son çıxışlarında bu özünü qabarıq şəkildə göstərir. Xüsusən Vaşinqtonda əldə olunmuş razılıqdan sonra əslində çıxışlarında bu kimi elementlər yer almamalıydı, ritorikası prosesə maneə törətməməliydi. 

BMT Baş Assambleyasının 80-ci sessiyası dönəmində çıxışında da biz arzuolunmaz bir neçə element gördük. Nədənsə sülhə xidmət edən məqamları qoyub, tamamilə başqa nüanslara diqqət çəkdi. 

AŞPA-nın payız sessiyasında yenə də Paşinyan çıxış edərkən Zəngəzur dəhlizi ilə bağlı, Azərbaycandan Ermənistana köçmüş erməniəsilli şəxslərlə bağlı nitqində ritorikası Vaşinqton razılaşmasından əvvəlki dövrdə olduğu kimi idi”.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizi üzərində ABŞ və Rusiya arasında qarşıdurma yaşanır:

“Paşinyan da bu məsuliyyəti öz üzərindən atmağa çalışır. Sanki Rusiyaya atdığı imzanı da müəyyən siyasi təzyiqlərlə atdığını demək istəyir, ona görə Moskvada bu mövqedən çıxış etdi. Amma reallıq budur ki, dəhliz gec ya tez açılacaq. Paşinyan bu cür açıqlamalarla parlament seçkilərinə qədər özünü sığortalamağa çalışır”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top