YapiKredi Müraciət Forması
Daxili siyasət

Türkiyədə zəlzələ baş verdi

Türkiyədə zəlzələ baş verdi

Mərmərə dənizində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentrinin Bursanın Mudanya rayonu sahillərindəki Gemlik körfəzində olduğu və yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilib.

Mudanyadan 6,42 kilometr uzaqlıqda baş verən zəlzələnin ocağı 13,65 kilometr dərinlikdə olub.