"Dərs məşğələlərinin 45 dəqiqə olması 18-ci əsrdə Polyak pedaqoqu Jan Amos Komenskinin təklifi ilə tətbiq olunub və hazırda dünyanın əksər ölkələrində bu qayda ilə ölçülür. Bu müddət şagirdlərin fizoloji və psixoloji xüsusiyyətləri nəzərə alınaraq müəyyən edilib".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O, bildirib ki, bəzi ölkələrdə, məsələn Yaponiyada, dərs məşğələləri 40 dəqiqədir, Azərbaycanda isə xüsusi təhsildə 40 dəqiqə, ümumi təhsildə 45 dəqiqədir:
"Hazırkı vəziyyətdə ən böyük problem tənəffüslərin yalnız 5 dəqiqə olmasıdır. Şəhər və kənd məktəblərində şagirdlərin sayı çox olduğundan, bu qısa tənəffüs zamanı şagirdlərin ehtiyaclarını ödəməsi, müəllimlərin məlumat otağına keçməsi və su içməsi mümkün olmur".
Ekspert bildirib ki, xüsusilə Bakı və regionlarda siniflərdə şagird sayı 30–40, bəzən daha yüksək olur:
"Məktəblərdə ümumi şagird sayı 1500–2000-dən çox ola bilər. Məsələn, Ağstafanın bir nömrəli tam orta məktəbində 7500-ə yaxın şagird təhsil alır. Hökumət qabaqlayıcı tədbirlər görsə də, urbanizasiya və əhali köçü nəticəsində məktəblərin bağlanması ciddi problemlər yaradır".
O, qeyd edib ki, dərs məşğələlərin 40 dəqiqəyə endirilməsi, tənəffüslərin isə ən azı 10 dəqiqə olması təklif olunur:
"Bu dəyişiklik fizoloq və psixoloqlarla müzakirə olunmalıdır. Hazırda 5 dəqiqəlik tənəffüs şagirdlərin dərsin qalan hissəsindən tam istifadə etməsinə imkan vermir və dərslərin təşkilində çətinlik yaradır. Dünyada belə praktika mövcuddur və müsbət nəticələr göstərir. Yeni yanaşmanın tətbiqi məqsədəuyğundur, lakin yekun qərar mütəxəssislərlə birlikdə verilməlidir".
Əfsanə Kamal
Demokrat.az