ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq güclənir

SİYASƏT 01 oktyabr 2025, 13:24
"ABŞ-ın regiondakı mövcud fəaliyyəti və vasitəçilik missiyası göstərir ki, Vaşinqton bu proseslərdə xüsusi maraq göstərir. Tramp administrasiyası danışıqlara həssas yanaşır və əsas məqsəd tərəflərin bir masa ətrafında fikir birliyinə gəlməsidir. Bunun Azərbaycan–ABŞ münasibətlərinə və ümumən regiona təsirini isə zaman göstərəcək".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, bildirib ki, imzalanan müqavilə fonunda münasibətlərin əsas istiqaməti regionda strateji tərəfdaşlığın gücləndirilməsi olacaq:

"Burada enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat və kommunikasiya məsələləri ön plandadır. ABŞ həm iqtisadi, həm də siyasi təhlükəsizlik sahəsində Azərbaycanla birgə fəaliyyətin tərəfdarıdır".

Ekspert bildirib ki, gələcəkdə münasibətlərin üç əsas istiqamət - siyasi, iqtisadi və hərbi təhlükəsizlik üzrə inkişaf edə biləcəyi gözlənilir:

"Münasibətlər əvvəllər dalğalı xarakter daşısa da, avqustun 8-də atılan addım yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top