Zəngəzur dəhlizi sülh müqaviləsindən əvvəl açıla bilər? — AÇIQLAMA

DAXİLİ SİYASƏT 22 oktyabr 2025, 17:06
“Sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas şərti hələ də yerinə yetirilməmiş qalır. Bu, Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlıdır. Gələn il, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və ondan sonra artıq referendum keçirilməlidir”. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, siyasi şərhçi Zaur İbrahimli deyib. 

O bildirib ki, referendum və seçkilərdən sonra nə qədər müddət ərzində keçirilməsi ilə bağlı da qanunvericilikdə müəyyən zaman çərçivələri nəzərdə tutulub:

“Bu baxımdan sülh sazişinin Ermənistanda parlament seçkiləri, ardınca referendumun keçirilməsi, onun nəticələrinin təsdiqlənməsi, yeni Konstitusiya layihəsinin hazırlanması bir qədər vaxt apara bilər. 

Bu, hər iki ölkənin və ümumilikdə Cənubi Qafqazın marağındadır. Çünki bu, regionun nəqliyyat-tranzit imkanlarını genişləndirir, həm də regional əməkdaşlıq və investorların cəlbi üçün şərait yaradır. Əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu layihələri reallaşdırmaq mümkündür”. 

Z.İbrahimlinin fikrincə, əgər Ermənistan bu siyasi iradəni göstərsə, Azərbaycan və Türkiyə də əlindən gələni edəcək ki, nəqliyyat-tranzit layihələri işə düşsün:

“Burada ABŞ-nın da fəal dəstəyini müşahidə edirik. Bu yaxınlarda Dövlət Departamentinin nümayəndə heyəti ekspertlərdən ibarət bir qrup həm Azərbaycanda, həm də Ermənistanda səfərdə olmuşdu. 

Eyni zamanda Avropa İttifaqı da bu layihəyə ciddi dəstək verir. Hətta ABŞ Ermənistan üçün maliyyə vəsaiti də ayırıb. Prinsip etibarilə zəminlər mövcuddur və indi Ermənistan tərəfinin konkret addımlarını gözləmək lazımdır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top