Ramana sakini səkidə maşın üçün qaraj tikib piyadaları təhlükəyə atır — VİDEO

SOSİAL 22 oktyabr 2025, 17:54
Paytaxtın Sabunçu rayonunda səki üzərində inşa edilən obyekt piyadaların gediş-gəlişinə ciddi maneə yaradır.

Demokrat.az xəbər verir ki, Ramana qəsəbəsi “Sovxoz” adlana ərazidə, Elşən Məhərələmli küçəsində yerləşən bu tikili birbaşa səkidə inşa olunduğu üçün piyadaların hərəkət yolunu tamamilə kəsib.

Sakinlərin sözlərinə görə, obyektin tikintisindən sonra səkidən istifadə etmək mümkünsüz hala gəlib. Piyadalar, xüsusilə uşaqlar və yaşlı insanlar, məcbur qalaraq avtomobil yoluna çıxırlar. Bu isə həm onların, həm də hərəkətdə olan sürücülərin həyatını təhlükə altına salır.

Qayda pozuntusu olan ərazidən çəkilən görüntülərdə aydın görünür ki, tikili səki ilə yol arasında heç bir təhlükəsizlik məsafəsi saxlamayıb. Yolun bu hissəsində nə səki qoruyucuları, nə də piyada zolağı var. Bu səbəbdən piyadalar avtomobillərin sıx hərəkət etdiyi hissədən keçməyə məcbur qalırlar ki, bu da qəza riskini dəfələrlə artırır.(Avtosfer.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top