Füzuli Dram Teatrının direktoru palataya köçürülüb: Son vəziyyəti açıqlandı

MƏDƏNİYYƏT 22 oktyabr 2025, 18:02
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son sağlıq durumu açıqlanıb.

Direktorun müalicə olunduğu "Məlhəm" hospitalın Reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri Zaur Ağayev Oxu.Az-a açıqlamasında onun palataya köçürüldüyünü bildirib.

"Vaqif müəllim artıq palataya köçürülüb. Təzyiqi, bütün göstəriciləri stabildir. Huşu normal, aydın və adekvatdır. Artıq yavaş-yavaş özü qidalanmağa başlayıb. Ağciyər rentgeninin nəticələri normaldır, süni oksigen tələbatı yoxdur. Digər orqanların hamısı qaydasındadır. Uzun müddət yataq vəziyyətində olub, indi yavaş-yavaş oturduruq. Hazırda vəziyyəti stabil olaraq qalmaqdadır", - deyə həkim bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top