"İxtisasların sayının 10 faiz artırılması ilə bu sahənin inkişafını və beynəlxalq bazarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsini hədəfləyirik. Bu məqsədlə 2025-ci il ərzində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradılıb. Mərkəz artıq fəaliyyətə başlayıb və yaradıcılarla əməkdaşlıq çərçivəsində bir sıra yeni biznes subyektləri formalaşdırılıb".
Demokrat.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Səadət Yusifova deyib.
Nazir müavini qeyd edib ki, dörd yeni start-up layihəsi və təhsil proqramı həyata keçirilib, 600-dən çox şəxs bacarıqlarını artırmaq məqsədilə keçirilən təlimlərdə iştirak edib:
"Əsas nəticələrdən biri Mədəniyyət Nazirliyinin Kollegiya Qərarı ilə təsdiqlənmiş “Mədəniyyət və Yaradıcı Sahələr üzrə Xüsusi Təqaüd Proqramı”dır. Bu proqram çərçivəsində gənclərə oyun sənayesi, teatr və performans, yaradıcı texnologiyalar kimi müxtəlif sahələrdə dəstək göstərilir”.
Cavidan Mirzəzadə
Demokrat.az