Bakı metrosunda sərnişin öldü

HADİSƏ 22 oktyabr 2025, 18:51
Bakı metrosunda ölüm faktı qeydə alınıb.

Bu barədə Demokrat.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Bu gün saat 18:30 radələrində “Nərimanov” stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top