Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

SOSİAL 22 oktyabr 2025, 20:50
Sabah Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Demokrat.az-a "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib.
 
Məlumata görə, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.


Sumqayıt QİS bildirir ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 21:44
22 oktyabr 2025, 19:02
Top