Məleykə Abbaszadə: Prestij işi bacarmaqdadır

SOSİAL 22 oktyabr 2025, 15:57
Süni intellekt və avtomatlaşdırma texnologiyalarının sürətli inkişafı əmək bazarının reallığıdır.

Demokrat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "PeşəFest"in yekun tədbirində deyib.

Onun sözlərinə görə, hazırda bəzi peşələr yoxa çıxır, yeniləri yaranır: "Peşələr arasında sərhədlər itir. Bu baxımdan, özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yola açacaq".

DİM sədri, həmçinin gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlığın yarandığını da qeyd edib:"Gənclər nüfuzlu ixtisas əldə etmək istəyirlər. Bu gün prestij faydalı olmaqda, problemləri həll etməkdə, işi bacarmaqdadır. Gənclər müasir çağırışları nəzərə alaraq özlərinə sual verməlidirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top