"Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpozium çox əhəmiyətli bir hadisədir. Çünki bu cür tədbirlər həyata keçirmək dinin yalnız ibadət tərəfini deyil, onun cəmiyyətin mənəvi dayağı kimi rolunu da elmi müstəvidə ortaya qoyur. Müasir dövrdə texnologiyanın, sosial şəbəkələrin, qloballaşmanın və informasiya axınının sürətlə artdığı bir zamanda gənclərin dini təhsilə, mənəvi dəyərlərə olan münasibəti dəyişir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, artıq sadəcə ənənəvi metodlarla dini bilik vermək kifayət etmir:
"Yeni nəsil fərqli düşünür, fərqli sorğular verir və cavabı da elmi əsaslarla, məntiqi şəkildə axtarır. Ona görə də müasir din təhsili modellərinin formalaşması bu gün təkcə bir elmi məsələ deyil, milli-mənəvi təhlükəsizlik məsələsidir.
Din təhsilində məqsəd insanı radikallıqdan uzaq, elmi düşüncəyə, mənəvi sabitliyə və cəmiyyətə faydalı olmağa yönəltməkdir. Əgər din düzgün tədris olunmazsa, bu boşluqdan sui-istifadə edənlər peyda olur. Bu gün dünyada bir çox problemlər yanlış dini tədrisin nəticəsidir".
İlahiyyatçı deyib ki, Azərbaycan kimi multikultural və tolerant bir ölkədə belə bir simpoziumun keçirilməsi çox yerində və vaxtında addımdır:
"Burada həm yerli, həm də xarici alimlərin iştirakı, müxtəlif təcrübələrin bölüşülməsi, yeni tədris üsullarının təqdim olunması gələcək üçün mühüm nəticələr vəd edir. Əgər tədbirdə deyilənlər əməli praktikada özünü göstərsə müsbət addım atılmış olar.
Əsas vacib olan odur ki, bu simpozium sadəcə nəzəri müzakirə ilə bitməsin. Buradan çıxan fikirlər, təkliflər real addımlara çevrilsin.
Dini təhsil sahəsində yeni dərs proqramları, tədris vəsaitləri, təlim metodları hazırlanmalı, müasir texnologiyalar dinin öyrədilməsinə inteqrasiya edilməlidir. Din təhsilində əsas məqsəd insanın iç dünyasını saflaşdırmaq, onu elmə, ədalətə, mərhəmətə yönəltmək olmalıdır. Bu istiqamətdə Azərbaycan alimlərinin söz deməsi, elmi təcrübəsini bölüşməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə bizim elmi nüfuzumuzu artırır".
Onun sözlərinə görə, tədbirlər göstərir ki, Azərbaycan dövləti dini sahəyə yalnız nəzarət deyil, həm də maarifçilik prizmasından yanaşır:
"Din təhsili sahəsində sağlam düşüncəli mütəxəssislərin yetişməsi, həm cəmiyyətin mənəvi dəyərlərinin qorunması, həm də gələcək nəsillərin düzgün dini tərbiyə alması baxımından həyati əhəmiyyət daşıyır. Bu simpoziumun keçirilməsi həm elm, həm din, həm də dövlət baxımından çox vacib və strateji bir addımdır. Gələcəkdə orta məktəblərdə də elmli, savadlı gənc ilahiyatçıların dini təhsil verməyə cəlb edilməsi çox müsbət addım olar.
Uşaqlarımız orta məktəbdən ali məktəbə qədər islam dini kimi mükəmməl bir dini elmi cəhətdən mənimsəmiş olsalar heç bir yad ölkənin dini təsirinə düşməzlər".
Qeyd edək ki, simpozium oktaybrın 23-ə qədər davam edəcək.
Əfsanə Kamal
Demokrat.az