Abşeron rayonunda 1983-cü il təvəllüdlü Tofiq ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naibəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 17-də baş verib.
Quba rayon sakini Tofiq həmin gün gecə saat 4 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə onun mütəmadi olaraq alkoqollu içkilər qəbul etməsi ilə bağlı ona irad bildirməklə yaşamaq üçün Quba rayonuna getmək istəməsinə etiraz edən arvadı Naibə ilə ailə məişət zəminində mübahisə edib.
Aralarında yaranmış narazılıqla bağlı alkoqol sərxoşluğu vəziyyətində mübahisə edən kişi arvadının üzərinə hücum edib. Ona qəsdən əl, yumruq, təpik, ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub.
Ardınca evin otağının qapısını zərərçəkmiş şəxsə tərəf itələyərək vurmaqla, ona xəsarətlər yetirib.
Hadisəni törədən Tofiqin barəsində Cinayət Məcəlləsinin 129-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Naibə ilə 2002-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurub, 2011-ci ildə rəsmi olaraq nikah bağlayıb:
“Bu nikahdan 2005-ci il təvəllüdlü Səma, 2006-cı il təvəllüdlü İlqar və 2017-ci il təvəllüdlü Murad dünyaya gəlib. Naibə ilə ilk əvvəllər normal olaraq ailə həyatı yaşasaq da, son zamanlar aramızda sözlə mübahisələrimiz yaranıb. Buna səbəb isə hazırda yaşadığımız kirayədə olan evdən çıxaraq rayona, yəni doğulub böyüdüyüm Quba rayonunun kəndində geri qayıtmaq istəməyim olub. Bunu dəfələrlə Naibəyə desəm də, o, uşaqların təhsilinin Xırdalan şəhərində olmasını, bu səbəbdən getmək istəmədiyini bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 17-də, gecə saat 4 radələrində evdə olan zaman yenidən həmin mövzularla bağlı söhbət açılıb:
“Mən spirtli içkinin təsiri altında olduğumdan əsəbiləşərək yumruq və təpiklə Naibənin bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirdim. Həmçinin həmin vaxt Naibə evin qapısını bağlamaq istəyən zaman qapını onun arxasınca itələdim. Bir neçə dəqiqədən sonra Naibə yaşadığım evi tərk edərək getdi. Baş vermiş mübahisə zamanı Naibənin mənə qarşı heç bir fiziki təsir göstərməyib. Mübahisə təxminən 3-5 dəqiqə birgə yaşadığımız evin içərisində baş verib”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az