Nəqliyyat və logistika sektoru Azərbaycanın milli iqtisadiyyatında strateji əhəmiyyət kəsb edir və ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsində həlledici rola malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi regionlararası nəqliyyat əlaqələrinin inkişafında unikal üstünlüklər yaradır.
Demokrat.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Orta Dəhlizin əsas hərəkətverici qüvvəsinə çevrilib.
“Orta Dəhlizin harada başlayıb harada bitməsindən asılı olmayaraq, Azərbaycan onun əsas sütunlarından biridir. Bununla yanaşı, Şimal-Cənub və digər beynəlxalq dəhlizlərə artan maraq ölkəmizin tranzit imkanlarını və beynəlxalq inteqrasiyasını daha da gücləndirir. Nəqliyyat infrastrukturuna yönəlmiş strateji layihələr həm iqtisadi müstəqilliyin dərinləşməsinə, həm də sosial rifahın yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində məşğulluq səviyyəsi artıb, orta aylıq əməkhaqqı 13 faizdən çox yüksəlib. Bu da sektorda dayanıqlı inkişafın göstəricisidir”, - deyə nazir müavini vurğualyıb.
Nazir müavini onu da əlavə edib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri yeni nəqliyyat şəbəkələrinin formalaşmasına və iqtisadi suverenliyin daha geniş coğrafiyada tətbiqinə şərait yaradır: “Zəngəzur dəhlizinin yaradılması və ilk növbədə Naxçıvanla birbaşa əlaqələrin qurulması təkcə ölkəmiz üçün deyil, bütün regionun nəqliyyat mənzərəsini dəyişəcək. Bu layihə perspektivdə 15 milyon tonadək yükdaşımaya xidmət göstərə biləcək logistik potensiala malikdir. Hazırda Azərbaycan yalnız tranzit ölkə deyil, eyni zamanda, regional nəqliyyat və logistika siyasətinin formalaşdırılmasında söz sahibi olan bir dövlətdir. Bu mövqe ölkənin iqtisadi suverenliyinin praktik təsdiqidir”.