Qalstuku ilə rezonans yaratdı

DÜNYA 18 oktyabr 2025, 15:52
ABŞ müdafiə naziri Pit Heqsetin Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ağ Evdə keçirilən görüşdə taxdığı qalstuk sosial mediada diqqət çəkib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Nazirin ağ, mavi və qırmızı zolaqlı qalstuku bir çox müşahidəçilərə Rusiya bayrağını xatırladıb. Maraqlıdır ki, həmin rənglər ABŞ bayrağında da yer alır və rəsmi olaraq Amerikanın milli rəngləri sayılır.

Lakin istifadəçilərin diqqətini xüsusilə rənglərin eyni ardıcıllıqla – ağ, mavi və qırmızı formada düzülməsi cəlb edib ki, bu da Rusiya bayrağının rəng sırası ilə tam üst-üstə düşür. Görüş Oval ofisdə baş tutub və kadrlar rəsmi mənbələr tərəfindən yayımlanıb.






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2025, 15:52
Top