Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Avangard” hərbi zavodunda güclü partlayış baş verib.
Demokrat.az xəbər verir ki, hadisə nəticəsində 3 qadın həlak olub, 5 nəfər isə xəsarət alıb.Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Başqırdıstanın rəhbəri Radi Xabirov teleqram kanalındakı paylaşımında bildirib ki, partlayış zamanı zavodun binalarından biri dağılıb, həlak olanlardan biri 2002-ci il təvəllüdlü gənc qızdır.
Qeyd edək ki, “Avangard” müəssisəsi Rusiyanın ən iri müdafiə sənayesi obyektlərindən biridir və dövlət sifarişi ilə hərbi məhsullar istehsal edir.