"Bitki yağları ölkəmizdə ən çox müzakirə olunan mövzulardan biridir. Bu yağların zərərli olması, xərçəng əmələ gətirməsi kimi fikirlər insanlarda çaşqınlıq yaradır. Elmi faktlara əsaslansaq, məsələ bu qədər sadə deyil. Yağ orqanizm üçün əsas enerji mənbəyindən biridir. Hüceyrə quruluşu və hormon balansı üçün vacibdir. Yağın növü, tərkibi və istifadəsi qaydası faydalı, zərərli olmasını müəyyən edir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında qida üzrə ekspert Asim Vəli deyib. O bildirib ki, marketlərdə satılan yağları bir neçə qrupa bölə bilərik:
"Bitki yağları əsasən doymamış yağ turşularından ibarətdir. Bu yağlar istiliyə qarşı daha həssasdır.
Heyvani mənşəli yağlarda doymuş yağ turşuları çoxdur. Doymuş yağlar orqanizm üçün enerji verir. Bu yağların da normadan artıq istifadəsi zərərli ola bilər.
Marqarin və trans yağlar əsasən hidrogenləşdirilmiş bitki yağlarıdır. İstehsal prosesində təbii yağların kimyəvi quruluşu dəyişdirilir və trans yağlar əldə olunur. Trans yağlar ürək-damar xəstəlikləri, iltihab, insulin müqaviməti və hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir".
Ekspert deyib ki, Azərbaycanda satılan yağlar aidiyyəti üzrə yoxlanmalıdır:
"Bazarda satışda olan məhsulların üzərində sertifikat nömrəsi, istehsal və son istifadə tarixi, tərkib məlumatı olmalıdır. Problem ondadır ki, bütün istehsalçılar bu qaydalara ciddi əməl etmir. Bəzi ucuz markalar keyfiyyətsiz xammaldan, köhnə yağlardan, qarışıq tərkibli məhsullardan istifadə edə bilər. Bir istehlakçı olaraq etiket oxumaq vərdişinin olması, aşılanması vacibdir.
Yağ alarkən diqqət edəcəyimiz bir neçə məqam var. Etiketdə 100% saf günəbaxan yağı, 100% zeytun yağı kimi ifadələr olmalıdır. Hidrogenləşdirilmiş, bitki qarışığı, trans yağ tərkiblidir kimi yazılar varsa, uzaq durmaq lazımdır. Əgər rafinə edilmiş yazılıbsa, bu yağ mexaniki və kimyəvi təmizlənmədən keçib. Dadı neytral, saxlanma müddəti uzundur. Bəzi təbii vitaminlər azalır. Yağlar işıq və hava ilə təmasda olduqda tez oksidləşir. Qablaşdırma bütöv və sızma olmamalıdır".
Cavidan Mirzəzadə
Demokrat.az