Qusarda avtomobil kanala aşdı: 5 nəfər xəsarət aldı

HADİSƏ 18 oktyabr 2025, 16:00
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb.

Demokrat.az-ın məlumatına görə, hadisə Qusar -Şahdağ avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Renault" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2025, 15:52
Top