Roma Papasının motosikleti hərracda satıldı

DÜNYA 19 oktyabr 2025, 08:58
Roma Papası XIV Leoya məxsus motosiklet Münhendə keçirilən hərracda 156 min avroya satılıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə "RM Sotheby's" hərrac evi öz saytında məlumat yayıb.

Qeyd olunur ki, "BMW R18 Transcontinental 2024" motosikletini din xadiminə "Jesus Bikers" xristian motosiklet qrupu hədiyyə edib.

Məlumata əsasən, hərracdan toplanan vəsait Papa tərəfindən idarə olunan və madaqaskarlı uşaqlara yardım üçün yaradılan "Mission Austria" xeyriyyə təşkilatına veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top