Qurban Qurbanov yeni biznesə BAŞLADI

İDMAN 17 oktyabr 2025, 12:55
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.

Demokrat.az Sport1.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.

Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş vermək olur.

Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurban Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.

Qeyd edək ki, bir müddət öncə mediada Qurban Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli başqadır. “Şəfa” klubu Qurban Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstləri şifariş verib. Geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top