“Təcili Türkiyəyə birləşməyə qərar verilməlidir” — Baxçalı

REGİON 19 oktyabr 2025, 21:50
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman ölkənin yeni prezidenti seçilib.

Nəticələr açıqlandıqdan sonra ilk münasibət MHP sədri Dövlət Baxçalıdan gəlib.

O, seçkilərin nəticələrinin qəbul edilməməsi lazım olduğunu bildirərək, Şimali Kipr parlamentinə çağırış edib.

“ŞKTC-də keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Seçkilərin nəticələri seçki komissiyası tərəfindən açıqlansa belə, KKTC parlamenti təcili toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya qayıtmasının qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top