“Oyunu dəyərləndirmək çətindir. 0:3 hesabı ilə uduzmuşuq. “Hayduk”a qarşı Xorvatiyadakı əlavə vaxtda vurulan qolu saymasaq, altı ay idi ki, uduzmurduq. Son dəfə 29-cu turda “Qarabağ”a uduzmuşduq. Nə vaxtsa, uduzacağımız aydın idi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”la keçirilən matçdan sonra mətbuat konfransında deyib.
“Amma bu şəkildə məğlub olmağımızı istəməzdim. Çünki bizə yaraşan şəkildə məğlubiyyət olmadı. Oyunun qırılma nöqtəsi birinci hissənin son dəqiqələri idi. 3-4 dəqiqəyə iki qol buraxdıq. Səfərdə “Sabah” kimi komandaya qarşı bunu dəyişmək çətin olur. Cəhd etdik. İkinci hissədə daha yaxşı oyun keçirdik. Amma yenə də, texniki səhvdən sonra rəqib bizi əks-hücumda cəzalandırdı. Qələbə qazananda necə tez unudaraq növbəti görüşə fokuslanırdıqsa, indi də eyni reaksiyanı verməliyik. Artıq bu oyun geridə qaldı, səhvlərimizi təhlil edib, nəticə çıxararaq növbəti oyuna hazırlaşacağıq”.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Razısız ki, son vaxtlarda bu qədər zəif oynamamışdınız...
- Tamamilə doğrudur. Bu il ən zəif oyunlarımızdan birini keçirdik. Bəhanə kimi olmasın, 6-7 aparıcı oyunçunun olmamasını bizim kimi komandalar üçün çox çətindir. 1-2 futbolçunu ola bilər. Amma əsas heyətin 6-7 oyunçusunu itirdikdən sonra yerini doldurmaq çətindir. Oyun ritmində olmayan 5-6 futbolçu meydana çıxanda, boşluğu doldurmaq çox çətindir. Çalışdıq. Bizim üçün son gözlənilməz itki İsmayıl İbrahimli və Ceyhun Nuriyev idi. Çalışırdıq ki, onlara qədər olan itkiləri həll edək, boşluqları dolduraq. Əlavə o iki itki də oldu. Oyunun gedişində də hiss edilirdi.
- Milli komandamızın Ukrayna ilə matçında Şahruddin Məhəmmədəliyev cəzalı duruma düşdü. Qarşıdakı oyunlarda Aydın Bayramova şans verib, onun milli yolunu açmağı düşünürsünüz?
- Belə planımız var. Amma son qərarı oyuna yaxın, həftəiçi məşqlərdən sonra verəcəyik.