Messi ABŞ müntəzəm çempionatının bombardiri olub

İDMAN 19 oktyabr 2025, 09:54
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ABŞ çempionatının (Major League Soccer (MLS) müntəzəm mövsümünün bombardiri olub.

Demokrat.az xəbər verir ki, Messi “Naşvil”lə görüşdə het-trik edib (5-2). Beləliklə, argentinalı hücumçu cari mövsümdə qollarının sayını 29-a çatdırıb. Onun komandası "İnter Mayami" Şərq Konfransında üçüncü yeri tutub və pley-offa vəsiqə qazanıb.

"İnter Mayami" pley-off-un ilk mərhələsində "Naşvil"lə qarşılaşacaq. İlk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top