Goranboyda kafedə kütləvi dava — Xəsarət alanlar var

HADİSƏ 20 oktyabr 2025, 10:32
Goranboyda kafedə kütləvi dava olub.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.
 
Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəmnində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.

Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top