Şəmkirdə faciə: Oğul atasının maşınının altında qalıb öldü

HADİSƏ 20 oktyabr 2025, 09:37
Şəmkir sakini faciəli şəkildə ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Rayon sakini İsə Əlixan oğlu Qasımov yaşadığı evin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcı qəfil sürüşüb və nəticədə avtomobil qurğudan düşüb. Hadisə nəticəsində İ.Qasımovun başı avtomobilin altında qalıb və aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Məsələ ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top