Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatının nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev bu münasibətlə 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində “Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir” söyləyərək növbəti müjdəni çatdırdı. Həmin gün Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının bir sıra kəndləri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndləri, həmçinin Zəngilan şəhəri işğaldan azad edildi. 44 gündə uğurla davam edən Zəfər yürüşü 30 illik torpaq həsrətinə son qoydu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Azərbaycan Ordusu 44 gündə gücünü, qüdrətini, Vətən, torpaq sevgisini bir daha dünyaya nümayiş etdirdi. Zəngilan döyüşləri nəticəsində Silahlı Qüvvələrimiz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən şəhər günləri, eyni zamanda, bu torpaqlarımızın işğal tarixini də unutmamağa, 30 illik işğal dövrünün həqiqətlərini gələcək nəsillərə çatdırmağa çağırışlar edir. Məlumdur ki, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdular. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək əvvəlcə min bir əziyyət və məşəqqətlə Araz çayını keçib, İran İslam Respublikasının ərazisi vasitəsilə yenidən Azərbaycanın digər ərazilərinə qayıtmış və ölkəmizin 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Tariximizin hər bir səhifəsinin öyrənilməsi, təbliği bütün dövrlərdə qarşıda dayanan əsas hədəflərdəndir. 30 illik işğal dövrünün reallıqlarına biganə yanaşan bəzi dünya gücləri bu gün artıq erməni vəhşiliklərini inkar etmək iqtidarında deyillər. Çünki danışan hər daşı, qayası bir tarix olan, artıq sahibinə qovuşan torpaqlarımızdır.
Bu fikirləri Mİlli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı diqqəti tarixi Zəfərimizdən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Zəngilanda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışına yönəldib. Bildirib ki, Müzəffər Ali Baş Komandan 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırarkən daim bu əminliyi ifadə edirdi ki, biz Böyük Qayıdışın astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları azad edilmiş torpaqlara qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaq.
Bu gün bu reallıqların şahidiyik. Böyük Qayıdışın Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlayan sonrakı ünvanı məhz Zəngilan rayonunun Ağalı kəndi oldu. Qələbədən sonra tez bir zamanda Ağalı “ağıllı kənd” konsepsiyası əsasında tamamilə yenidən quruldu və sakinlər öz evlərinə qayıdaraq, doğma-yurd yuvalarına qovuşdular, yeni evlərində yeni həyata başladılar. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Ümumilikdə Ağalı “ağıllı” kəndi dünyanın ən müasir kəndlərindən biridir. “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılıb. Ağalı “ağıllı” kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülüb və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilib. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq olunub.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Zəngilan yenidən qurulur. Nazirlər Kabineti 2023-cü ilin 30 oktyabrında “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Burada infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi artıq icra edilməkdədir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Bu ərazi nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Şərqi Zəngəzur hava qapısını dünyaya açdı. Bu hava limanı bölgənin inkişafı, Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da mühüm əhəmiyyət daşıyır. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük rola malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilan böyük turizm imkanlarına malikdir. Bərpa-quruculuq işlərində bu amilə də xüsusi önəm verilir.
Millət vəkili bildirib ki, azad edilmiş ərazilərimiz özünəməxsus iqtisadi imkanlara malikdir. Həmin potensial bu toraqlara qayıdacaq soydaşlarımızın məşğulluğunun təmin edilməsində, həmçinin gələcəkdə ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynayacaq. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Layihə tam başa çatdırıldıqdan sonra kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.
Vüqar Rəhimzadə qeyd edib ki, sadaladıqlarımız son beş ildə görülən işlərin çox az bir hissəsidir. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş torpaqlara səfərlər edirlər. Bu səfərlərin hər biri görülən işlərin təqdimatıdır. Prezident İlham Əliyevin beş ildə Zəngilan rayonuna 10-dan artıq səfəri olub. Dövlət başçısının 2020-ci il 23 dekabr tarixində ilk səfəri Zəngilan şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Bu günədək gerçəkləşdirilən səfərlər çərçivəsində atılan addımlar Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün müəyyənləşdirilən hədəflərin reallığa çevriləcəyinə əminlik yaradır. Artıq Qarabağ və Şərqi Zəngəzurda 6 şəhər, 2 qəsəbə, 20 kənd sakinlərinə qovuşaraq yeni həyata başlayıb. Tezliklə bu sırada Zəngilan şəhəri də olacaq. Zəngilan II Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edən şəhər olaraq Azərbaycanın bu sahədə təcrübəsinin dünyaya təqdimatında öz sözünü deyir.