Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri sürətlə davam etdirilir. Doğma ata-baba yurdlarından didərgin salınmış keçmiş məcburi köçkün soydaşlarımız illərdir həsrətində olduqları isti ocaqlarına qayıdırlar. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin günlərin təntənəli şəkildə qeyd edilməsi artıq ənənə halını alıb. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunub. Hər bir soydaşımız üçün unudulmaz olan 20 oktyabr 2020-ci il. Həmin gün Zəngilan rayonu Ermənistanın işğalından azad edilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi Zəngilanın işğalını – həmin məşəqqətli günləri xatırladaraq deyib ki, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdular. 1993-cü ilin 25-29 oktyabrında Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin vermiş, Araz çayını keçmiş və İran ərazisindən keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışdılar: “Artıq o kədərli günlər tarixin arxivinə qovuşub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi rəşadətli ordumuz cəmi 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Yenilməz Ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Bu döyüşlər nəticəsində rəşadətli Ordumuz Zəngilan şəhərini, rayonun 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi” .
Tanınmış hüquqşünas 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalının təsis edildiyini və Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 6974 hərbi qulluqçunun bu medalla təltif olunduğunu diqqətə çatdırıb.
Ç.Qənizadə hazırda Zəngilan rayonunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayraq deyib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Birinci pilot layihə Zəngilanda icra edildi. Rayonun Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.
Tanınmış hüquqşünas Zəngilanın tamamilə yenidən qurulduğunu diqqətə çatdıraraq deyib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar. Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Bu rayon nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
“Zəngilan rayonunun turizm potensialı inkişaf etdirilir. Yaxın illərdə bu ərazilər beynəlxalq turizm mərkəzinə çevriləcək”- deyə Ç.Qənizadə bildirib.