“Azərbaycan kimi ölkələrdə pensiya yaşının artırılmasının nə iqtisadi, nə də sosial əsası yoxdur. Bu qərarlar əsasən yuxarıdan verilən göstərişlər əsasında qəbul edilir”.
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.
O, bildirib ki, sosial yönümlü ölkələrdə məqsəd vətəndaşların daha rahat və inkişaf etmiş şəkildə yaşamasını təmin etməkdir:
"Məsələn, Finlandiyada iş vaxtı 6 saata endirilib ki, insanlar öz inkişaflarına daha çox vaxt ayıra bilsinlər. Azərbaycanda isə vəziyyət fərqlidir. Burada vətəndaşın üzərinə əlavə yük qoyulur. Ömrün uzanması pensiya yaşının da artırılması demək deyil. Hazırda 50 yaşdan yuxarı insanlar üçün iş tapmaq çətindir. Belə şəraitdə pensiya yaşının artırılması bu kateqoriyadakı vətəndaşları həm ailə, həm də cəmiyyət üçün yükə çevirə bilər və sosial narazılıq yaradar".
Əfsanə Kamal
Demokrat.az