Ziya Məmmədovun ölkədən çıxışına "stop" qoyuldu — İDDİA

SİYASƏT 19 oktyabr 2025, 15:15
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına “stop” qoyuldu.

Demokrat.az
Konkret.az-a istinadən xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, hələ 2016–2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı.
Yeri gəlmişkən, 2017–2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var.

Xatırladaq ki, əks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə, Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış.

Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib-gələn eks vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib.
Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına önümüzdəki həftələrdə şahid olacağıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 oktyabr 2025, 15:57
19 oktyabr 2025, 14:35
19 oktyabr 2025, 13:39
19 oktyabr 2025, 12:59
Top