Milli Kitabxanada “Həsən Həsənov - 85” adlı ənənəvi kitab sərgisi açılıb

ƏDƏBİYYAT 19 oktyabr 2025, 13:47
Milli Kitabxanada Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənovun anadan olmasının 85 illiyi münasibətilə “Həsən Həsənov - 85” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan Demokrat.az-a bildirilib ki, sərgidə alimin elmi tədqiqatları, tarix elmimizə qiymətli töhfələr verən və geniş oxucu dairəsinin maraqla qarşıladığı dəyərli elmi-siyasi əsərləri, həyatı, elmi, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Həsən Əziz oğlu Həsənov 2014-cü il sentyabrın 1-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2020-ci il dekabrın 30-da diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 oktyabr 2025, 14:35
19 oktyabr 2025, 13:39
19 oktyabr 2025, 12:59
19 oktyabr 2025, 12:30
Top