Yolu keçmək istəyən qadını maşın vurdu

HADİSƏ 20 oktyabr 2025, 09:55
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər ərazisində “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən qadını vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top