Rusiyaya qarşı həmin təşəbbüsdən imtina etdilər

DÜNYA 20 oktyabr 2025, 22:55

Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tribunal yaradılması təşəbbüsündə iştirakdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Budapeşt və Bratislava Aİ-nin xarici siyasət xidmətinə Rusiyaya qarşı tribunalın yaradılmasında iştirak etməmək niyyəti barədə məlumat veriblər”, - məlumatda bildirilirQeyd edək ki, bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin 25 ölkəsinin Ukrayna ilə bağlı Rusiyaya qarşı xüsusi tribunalda iştirak etmək istəyini açıqlamışdı. O, bu ölkələrin, nə də iştirakdan imtina edənlərin adını açıqlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top