Tramp gələn il Çinə səfər edə biləcəyini deyib

DÜNYA 21 oktyabr 2025, 00:24
ABŞ prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər edə biləcəyini bildirib.

APA xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı danışıb.

"Məni Çinə dəvət ediblər və gələn ilin əvvəlində bunu etməyi planlaşdırıram", - o deyib.

Tramp həmçinin Vaşinqton və Pekin arasında münasibətlərin çox yaxşı olacağına əmin olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top