Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında oktyabrın 16-da keçirilmiş telefon söhbətində əldə olunan razılaşmaların reallaşdırılması istiqamətində mümkün addımları müzakirə ediblər.
Xatırladaq ki, Putin və Tramp həmin gün baş tutan danışıqlardan sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və mümkün görüşün keçirilməsi məsələsini müzakirə etmişdilər. Tramp görüşün Budapeştdə baş tuta biləcəyini istisna etməmişdi.