Tbilisidə 14 aksiya iştirakçısı 15 sutkalıq həbs edilib

DÜNYA 19 oktyabr 2025, 19:59
Ötən gün Tbilisidə Rustaveli prospektində keçirilən aksiya zamanı 27 nəfər qanun pozucusu müəyyən edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslər arasında yolu qanunsuz olaraq bağlayan 14 nəfər həbs olunub. 13 nəfər barəsində isə inzibati tədbir görülür və onların işlərinə yaxın günlərdə inzibati qaydada məhkəmədə baxılacaq.

Qeyd edək ki, oktyabrın 17-dən Gürcüstanda aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Aksiya zamanı yolun qanunsuz olaraq bağlanılmasına və üzün maska ilə gizlədilməsinə görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 oktyabr 2025, 19:38
Top