Almaniya Gürcüstandakı səfiri Peter Fişeri geri çağırmaq qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında bəyanat yayıb.
"Gürcüstan rəhbərliyi aylardır Avropa İttifaqına və şəxsən Almaniya səfirinə qarşı nifrəti qızışdırır. Buna görə də məsləhətləşmələr və gələcək addımları müzakirə etmək üçün Fişerin geri çağırılması qərara alınıb", - deyə bəyanatda vurğulanır.
Nazirlikdən bildiriblər ki, oktyabrın 20-də Avropa İttifaqı Şurası bu vəziyyəti nəzərdən keçirəcək.