Zelenski: Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil

DÜNYA 19 oktyabr 2025, 18:12
Ukraynanın heç bir ərazisini Rusiyaya vermək niyyəti yoxdur. Kiyev və müttəfiqləri ədalətli sülhə nail olmaq üçün Moskvaya təzyiqləri artıracaqlar.

"Report" "RBK- Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, indi lazım olan uzunmüddətli əməkdaşlıq və Avropadan həm qısa, həm də uzunmüddətli perspektivdə nəzərəçarpacaq nəticələrdir.
"
Biz Rusiyaya heç nə verməyəcəyik və heç nəyi unutmayacağıq. Çünki Rusiyanın uzunmüddətli təhlükə olduğunu açıq şəkildə görürük", - Zelenski qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 oktyabr 2025, 19:38
19 oktyabr 2025, 17:14
Top