İsrail Müdafiə Ordusu (İMQ) Qəzza zolağının sakinlərini döyüş əməliyyatlarının yenidən başlaması ilə əlaqədar təxliyə olunmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
"Atəşkəs sazişinin davamlı pozulması və HƏMAS üzvləri tərəfindən bu gün səhər törədilən hücumla əlaqədar İsrail Müdafiə Qüvvələri terror infrastrukturuna və HƏMAS-a qarşı böyük qüvvə ilə cavab verəcək. İsrail Müdafiə Qüvvələri xəbərdarlığını təkrarlayır: təhlükəsizliyiniz naminə və planlaşdırılan hücumlar səbəbindən yalnız sarı xəttin qərbində qalmaq lazımdır. Qırmızı ilə işarələnmiş ərazi təhlükəli döyüş zonası hesab edilir. Bu zonada qalan hər kəsin dərhal qərbə təxliyə olunması xahiş olunur", - bəyanatda qeyd edilib.
Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin ətrafına hava zərbələri endirib. İsrail tərəfi radikalların atəşkəs rejimini pozduğunu düşünür. Öz növbəsində, HƏMAS atəşkəsi pozmadığını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla əlaqəsinin olmadığını bəyan edib.