Sosial

Məcnun Məmmədov ona vəzifə verdi - FOTO

Məcnun Məmmədov ona vəzifə verdi - FOTO

Fərid Həsənsoy Kənd Təsərrüfatı Nazirliyində İnsan Resursları üzrə müşavir vəzifəsinə təyin edilib.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq qərar imzalayıb.

Həsənsoy bundan əvvəl WUF13 Azərbaycan Əməliyyat Şirkətində İnsan Resursları üzrə menecer, Dövlət Məşğulluq Agentliyində aparıcı HR analitikası və əmək münasibətləri üzrə mütəxəssis, eləcə də "Azərbaycan Dəmir Yolları" QSC-də HR analitikası və əməliyyatları üzrə mütəxəssis vəzifələrində çalışıb.

O, həmçinin "Kalyon Holding"də insan resursları üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

Məcnun Məmmədov ona vəzifə verdi - FOTO