Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, noyabrın 7, 8, 9 və 10-da sözügedən marşrut üzrə həm Bakıdan Qəbələyə, həm də Qəbələdən Bakıya qatarlar hərəkət edəcək.
Sərnişinlər biletləri ADY-nin rəsmi internet saytı, "ADY Mobile" mobil tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.


