YapiKredi Müraciət Forması
İqtisadiyyat

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Demokrat.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,4% artaraq 4 197,8 ABŞ dollarına bərabər olub.

"COMEX"də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,73% artaraq 57,73 dollar təşkil edib.