Şou-biznes Özəl

61 yaşında yenidən sevgi tapdı: Məşhur modelin həyatında yeni səhifə - FOTOLAR

61 yaşında yenidən sevgi tapdı: Məşhur modelin həyatında yeni səhifə - FOTOLAR

Bir vaxtlar dünyanın ən gözəl qadınlarından biri hesab edilən məşhur model Paulina Porizkova 61 yaşında yenidən sevgi tapıb. Həyat yoldaşının vəfatından sonra uzun müddət çətin günlər yaşayan model hazırda televiziya ssenaristi, 62 yaşlı Cef Qrinşteynlə xoşbəxt həyat sürür.

Demokrat.az xəbər verir ki, Porizkova həyatının bu mərhələsində sevgi tapmaq təcrübəsindən "People" jurnalına danışıb.

Model bildirib ki, tanışlıq tətbiqindən istifadə etdiyi beş il ərzində cəmi dörd nəfərlə uyğunluq əldə edə bilib. Onun sözlərinə görə, 50 yaşdan yuxarı qadınlar həm virtual tanışlıq platformalarında, həm də gündəlik həyatda çox vaxt diqqətdən kənarda qalırlar.

Porizkova bu vəziyyətin onun üçün gözlənilməz olduğunu deyib. O, vaxtilə kişilərin böyük maraq göstərdiyi bir qadın olduğu halda, 58 yaşında özünü sanki görünməz hiss etməsinin şok yaratdığını etiraf edib. Modelin sözlərinə görə, eyni yaş qrupundakı kişilər çox vaxt onun əvəzinə daha gənc qadınlara üstünlük verirdilər.

Məşhur model gələcək həyat yoldaşı ilə tanışlıq tətbiqində qarşılaşıb. İlk vaxtlar uzun söhbətlər edən cütlük daha sonra "FaceTime" vasitəsilə ünsiyyət qurmağa başlayıb. Münasibətləri inkişaf etdikdən sonra Cef Qrinşteyn ona evlilik təklifi edib. Cütlük üç illik münasibətdən sonra iyul ayında ailə həyatı qurub.

Qeyd edək ki, Çexiya əsilli Paulina Porizkova "The Cars" qrupunun solisti Rik Okaseklə evli olub. Onların boşanma prosesi başa çatmamış, 2019-cu ildə Okasek vəfat edib. Bundan sonra şəxsi həyatında çətin dövr keçirən modelin yeni münasibəti onun üçün xoşbəxtliyə dönüş kimi qiymətləndirilir.

61 yaşında yenidən sevgi tapdı: Məşhur modelin həyatında yeni səhifə - FOTOLAR

61 yaşında yenidən sevgi tapdı: Məşhur modelin həyatında yeni səhifə - FOTOLAR

Jalə