Mədəniyyət Özəl

Təəssüf ki, şəhərdəki tıxaclar səbəbindən... — Vasif Qurbanzadə

Təəssüf ki, şəhərdəki tıxaclar səbəbindən... — Vasif Qurbanzadə

"Ötən il kitab sərgisinə gəlmək istəyənlər üçün üç istiqamət üzrə marşrutlar təşkil olunmuşdu. 28 May, Elmlər Akademiyası və Koroğlu metro stansiyalarının yaxınlığından Bakı Ekspo Mərkəzinə avtobuslar hərəkət edirdi".

Demokrat.az xəbər verir ki, bu sözləri XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə bildirib.

"Təəssüf ki, şəhərdəki tıxaclar səbəbindən 28 May metrosundan yola düşən avtobusların hərəkətində gecikmələr yaranırdı. Bəzən bu gecikmələr bir saat yarımdan iki saata qədər davam edirdi. Nəticədə müəyyən çətinliklər meydana çıxırdı. Bu səbəbdən bu il marşrutların yalnız Koroğlu metro stansiyasından təşkil olunmasına qərar verdik. Sərnişin axınını da həmin istiqamətə yönəltməyi planlaşdırırıq. Koroğlu metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə daha tez-tez, daha qısa intervallarla birbaşa avtobus marşrutu fəaliyyət göstərəcək".

Fidan Hacızadə

Editor
Redaktor