Mədəniyyət Özəl

"Azərbaycanda gənc ədiblər üçün 5 istiqamət üzrə emalatxanalar yaradılacaq"

Azərbaycanda gənc ədiblər üçün 5 istiqamət üzrə emalatxanalar yaradılacaq

"Azərbaycanda gənc ədiblər üçün 5 istiqamət üzrə emalatxanalar yaradılacaq. Hazırda ədəbiyyat emalatxanalarının fəaliyyəti ilə bağlı ilkin işlər artıq yekunlaşıb. Uşaq ədəbiyyatı ilə bağlı ilkin tədbirləri keçirməyə hazırlaşırıq".

Demokrat.az xəbər verir ki, bu sözləri XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə jurnalistlərin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, nəsr, dramaturgiya, klassik poeziya, müasir poeziya və uşaq ədəbiyyatı üzrə emalatxanalar fəaliyyətə başlayacaq:

"Bu emalatxanaların əsas məqsədi Azərbaycanda gənc ədiblərin yetişdirilməsidir. Kitab sərgisi çərçivəsində bu təşəbbüslə bağlı açıqlama verilib və sərgi boyunca keçiriləcək tədbirlərdə layihənin təfərrüatları barədə də məlumat verilə bilər. Hazırda emalatxanaların əsasnaməsi hazırlanıb və onların fəaliyyətinə yaxın zamanda başlanılması nəzərdə tutulur".

Editor
Redaktor