Maraqlı Özəl

Pulun bərəkətli olması üçün pulqabıya bunu qoyurlar - Maraqlı ritual

Pulun bərəkətli olması üçün pulqabıya bunu qoyurlar - Maraqlı ritual

Sosial şəbəkələrdə pulun tükənməməsi və maddi rifahın artması ilə əlaqələndirilən qeyri-adi ritual populyarlaşıb. Bu üsula maraq göstərənlər pulqabısına bir çimdik darçın qoymağı tövsiyə edirlər.

Demokrat.az xəbər verir ki, ezoterik inanclarda darçın bolluq, uğur və maliyyə rifahının simvolu hesab olunur. Bəzi Feng-şuy yanaşmalarında da bu ədviyyat enerji, inkişaf və firavanlıqla əlaqələndirilir.

Argentinanın "TN" nəşrinin məlumatına görə, darçının pulqabıda saxlanılması insanın maddi məqsədlərinə köklənməsini simvolizə edir. Bununla belə, ədviyyatın insanlara pul gətirdiyini və ya gəlirləri artırdığını təsdiqləyən elmi sübut yoxdur.

Ritualı sınamaq istəyənlərə əvvəlcə pulqabısını lazımsız qəbzlərdən, köhnə kağızlardan və istifadə edilməyən kartlardan təmizləmək məsləhət görülür. Daha sonra az miqdarda üyüdülmüş darçını kiçik parça kisəyə və ya qapalı kağız paketə yerləşdirərək pulqabıda saxlamaq tövsiyə olunur. Beləliklə, tozun əskinaslara və bank kartlarına yayılmasının qarşısı alınır.

İnanca görə, bu zaman insan öz maliyyə hədəflərini də müəyyənləşdirə bilər. Darçın isə həmin məqsədləri xatırladan simvol rolunu oynayır.

Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, bu ritual Feng-şuyun məcburi qaydası deyil, sosial şəbəkələrdə yayılan xalq inanclarından biridir. Maddi vəziyyətin yaxşılaşması isə əsasən gəlirlərin düzgün idarə olunması, xərclərin planlaşdırılması və yeni qazanc imkanlarının dəyərləndirilməsi ilə bağlıdır.

Jalə