İsmayıllı və Xaçmaz rayonlarında zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzi məsələ ilə bağlı açıqlama yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, İsmayıllı rayonunda, Zərnəva stansiyasından üç kilometr şərqdə yeraltı təkanlar qeydə alınıb.
Eyni gündə, saat on bir radələrində Xaçmaz rayonu ərazisində də zəlzələ olub.
Bizim Media agentliyinin Şimal bürosunun yaydığı xəbərə əsasən, təkanlar dörddən dörd tam onda altı bala qədər hiss edilib. İlkin qiymətləndirmələrə görə, hadisə nəticəsində heç bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.


